Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla qayıdır

Sadə xəbər
idman 10.05.2025 2976

Türkiyə Superliqasında 35-ci turun mərkəzi qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, "Trabzonspor" "Qalatasaray"ı qəbul edib.

Oyunda hesab yalnız 66-cı dəqiqədə açılıb. Bardakçı "cim-bom"u irəli çıxarıb. 84-cü dəqiqədə Morata fərqi artırıb. Beləliklə də, "sarı-qırmızılar" rəqib meydandan qələbə ilə ayrılıblar - 0:2.

Hazırda Okan Burukun yetirmələri 86 xalla turnir cədvəlinin vahid lideridir. "Aslanlar" ən yaxın izləyicisi "Fənərbağça"nı 8 xal qabaqlayır. Trabzon təmsilçisi isə 46 xalla 8-ci sırada qərarlaşıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top