Azərbaycanlı futbolçuların hazırkı dəyəri nə qədərdir?

Sadə xəbər
idman 10.07.2025 2871

İstər yerli, istərsə də xarici klublarda çıxış edən Azərbaycanlı futbolçuların hazırkı dəyəri bəlli olub.

Saat24.Az xəbər verir ki, dəyəri ən yüksək olan futbolçular siyahısına "Qarabağ" klubunun oyunçuları başçılıq edirlər.

Belə ki, Nəriman Axundzadə iki milyon avro ilə liderdir. Toral Bayramov 1.5 milyon avro dəyəri ilə siyahının ikinci pilləsində qərarlaşıb. İlk üçlüyü Elvin Cəfərquliyev tamamlayır. Onun hazırkı dəyəri 1.2 milyon avrodur.

Digər futbolçuların siyahısı isə belədir:

1. Nəriman Axundzadə ("Qarabağ") - 2 milyon avro

2. Toral Bayramov ("Qarabağ") - 1.5 milyon avro

3. Elvin Cəfərquliyev ("Qarabağ") - 1.2 milyon avro

4. Mahir Emreli ( "Kayzerslautern" Almaniya) - 1 milyon avro

5. Renat Dadaşov (Hazırda klubsuzdur) - 900 min avro

6. Aleksey İsayev ("Qarabağ") - 900 min avro

7. Səbuhi Abdullazadə ("Sumqayıt") - 900 min avro

8. Rza Cəfərov ("Neftçi") - 850 min avro

9. Bəhlul Mustafazadə ("Qarabağ") - 800 min avro

10. Ramil Şeydayev ("Neftçi") - 800 min avro

Qeyd edək ki, göstərilən rəqəmlər "Transfermarkt" portalının sonuncu dəyişikliklərinə istinadən yazılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top