7318 müəllim işdən çıxarıldı - Coşqun Abdullayev

Manşet
CƏMİYYƏT 10.07.2025 4299
Bəli, bu, sadəcə bir rəqəm kimi səslənə bilər. Amma bu rəqəmin arxasında minlərlə ailənin faciəsi, uşaqların göz yaşı, ata və anaların ümidsiz baxışları dayanır.
 
Deyirlər ki, növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq. Bəs o vaxta qədər bu 7318 nəfər necə yaşayacaq? Onların süfrəsi necə dolacaq? Uşaqları məktəbə necə gedəcək? Dərman, kirayə, gündəlik ehtiyaclar — bunların cavabı kimdədir?
 
Tutaq ki, bu 7318 müəllimin hərəsinin yalnız bir övladı var. Bu, artıq 14 636 nəfər insan deməkdir. Amma unutmayaq ki, əksəriyyətinin bir yox, iki, üç, bəzən dörd və daha çox övladı var. Bu, artıq minlərlə insanın aclıq və səfalətlə üz-üzə qalması deməkdir.
 
Biz təhsilin inkişafından danışırıq. Bəli, bu vacibdir. Ancaq insan taleyi də az önəmli deyil! Təhsil sisteminin yenilənməsi adı ilə bu qədər ailəni göz görə-görə çörəksiz qoymaq ədalətdirmi?
 
Bir tərəfdə sertifikatlaşdırma, test, mexaniki rəqəmlər, digər tərəfdə isə illərini təhsilə həsr etmiş, uşaqları böyütmək, gələcəyimizi formalaşdırmaq üçün əziyyət çəkmiş müəllimlərin həyat dramı dayanır.
 
Təhsil inkişaf etməlidir, amma bu inkişafın yükünü bu qədər insanın çiyinlərinə yükləmək doğrudurmu?
 
İnsan unudulmamalıdır. Təhsili inkişaf etdirmək istəyiriksə, ilk növbədə onun əsas daşıyıcısı olan müəllimə dəyər verməliyik, onu yox, problemləri sistemli şəkildə dəyişməliyik.

Saat24.Az Coşqun Abdullayev 
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top