ABŞ-də körpünün çökməsi nəticəsində köməksiz qalan 31 nəfər xilas edilib

Sadə xəbər
DÜNYA 10.07.2025 2755

ABŞ-də, Los-Ancelesin Uilminqton bölgəsində tunelin çökməsi nəticəsində köməksiz vəziyyətdə qalan bütün işçilər təxliyə ediliblər.

Saat24.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər yanğından mühafizə xidməti məlumat yayıb.

"Köməksiz vəziyyətdə qalan 31 nəfərin hamısı sağ-salamat tuneldən çıxarılıb. İtkin düşən yoxdur", - deyə məlumatda qeyd olunub.

Məlumat üçün əlavə edək ki, tunelin çökməsi iyulun 9-da yerli vaxtla saat 20 radələrində (Bakı vaxtı ilə iyulun 10-da, saat 7 radələrində - red.) baş verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top