Murad Musayev Azərbaycanda çalışdığı dövr haqqında danışıb

Sadə xəbər
GÜNDƏM 10.07.2025 2970

"Sabah"ın sabiq baş məşqçisi, hazırda Rusiyanın "Krasnodar" klubuna rəhbərlik edən Murad Musayev ölkəmizdə işlədiyi dövrünü xatırlayıb.

Saat24.Az xəbər verir ki, "Sport-Ekspress" nəşrinə açıqlama verən Musayev bildirib ki, "Sabah"dan "Krasnodar"a qayıtmaq asan olmayıb.

"Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeyi sınamağa başladıq, təzə ideyalar, emosiyalar, əla nəticələr var idi. Mən bu işdən qürur duyuram ki, o vaxt yeni, indi ölkənin böyük klubu olan "Sabah" Vasili Berezutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda çıxış edəcək. Onda isə "Sabah" sonuncu yerdə gedirdi və mövsümün sonunda beşinci yeri tutmuşduq. Növbəti mövsümdə isə hibrid sxemlərlə gözəl futbol oynayaraq artıq əsl gümüş medallar qazandıq. Amma bir çox çətinliklərdən keçməli olduq. "Krasnodar"a qayıtmaq isə asan deyildi. Uğur qazanmaq üçün bütün bunlardan keçməliyik".

41 yaşlı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"da işləyib. Sonra isə "Krasnodar"a qayıdıb və son mövsümdə Musayevin rəhbərliyi altında klub Rusiya çempionluğunu qazanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top