Putin nəqliyyat nazirini vəzifəsindən azad etdi: Səlahiyyətlərini kim icra edəcək?

Sadə xəbər
DÜNYA 07.07.2025 2838

Rusiya Prezidenti Vladimir Putin nəqliyyat nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətini Andrey Nikitinə verib.

Saat24.Az bu barədə Kremlin saytına istinadla xəbər verir.

Fərman imzalandığı gündən, yəni 7 iyul tarixindən qüvvəyə minib.

Qeyd edək ki, Nikitin 2017-ci ilin fevralından 2025-ci ilin fevralınadək RF-nin Novqorod vilayətinin qubernatoru olub, bu ilin fevralında isə Rusiyanın nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Rusiyanın nəqliyyat naziri Roman Starovoyt istefaya göndərilib.

Saat24.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, R.Starovoyt 2024-cü ildə nəqliyyat naziri vəzifəsinə təyin edilib. O, bundan əvvəl Kursk vilayətinin rəhbəri olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top