
Milli Məclis Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumunu təsdiq edib.
Saat24.Az xəbər verir ki, layihə Parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ müzakirələrdən sonra üçüncü oxunuşda təsdiqlənib.