
Abşeron rayonu, Masazır kəndinin sakinlərini narahat edən antisanitar vəziyyət nəzarətə götürülüb.
Saat24.az-ın əldə etdiyi məlumata görə, polis və digər müvafiq qurumların nəzarəti ilə sözügedən ərazidəki antisanitar vəziyyət aradan qaldırılıb.
Məhərrəm Əliyev
16:16
Abşeron rayonunun Masazır kəndində antisanitar vəziyyət müşahidə olunur.
Oxu.Az xəbər verir ki, Akim Abbasov küçəsində, qəbiristanlığın arxasına dönən yolun üzərində, keçmiş "Tufan" marketin qarşısında yerləşən zibil qabları uzun müddətdir boşaldılmır. Nəticədə tullantılar qabların ətrafına dağılıb, ərazi zibilliyə çevrilib.
Sakinlər bildirirlər ki, bu vəziyyət artıq bir neçə gündür davam edir.
Qeyd edək ki, sözügedən vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu verilib.