Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Manşet
CƏMİYYƏT 11.07.2025 3992

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Saat24.Az xəbər verir ki, M.Cabbarov bu barədə "X" hesabında paylaşım edib:

"Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan - Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq".

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top