İnternet xətti çəkəndə borunu zədələdilər: Beş yaşayış məntəqəsi qazsız qaldı

Sadə xəbər
GÜNDƏM 11.07.2025 2479
Astara rayonu ərazisində "Delta" internet şirkətinə məxsus texnikanın kabel çəkilişi zamanı aparılan qazıntı işləri nəticəsində Ərçivan QPS-dən qidalanan 315 mm diametrli PE qaz xətti zədələnib.
 
Saat24.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 
Nəticədə Rüdəkənar, Süpəribağ, Məçitməhəllə, Qapçıməhəllə, Seləkaran yaşayış məntəqələri, həmçinin Astara şəhərinin Ə.Muxtarov küçəsinin təbii qaz təchizatı dayandırılıb.
 
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - deyə məlumatda vurğulanıb.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top