DİN-dən ƏMƏLİYYAT - Üç nəfər ələ keçdi

Sadə xəbər
Kriminal 01.08.2025 3077

Xəzər, Abşeron və İmişli rayonlarında keçirilən əməliyyatlar zamanı narkokuryerlər - 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar.

Saat24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.

Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top