Zavodda bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu

Sadə xəbər
HADİSƏ 24.04.2025 3068

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının iki barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top