Bakıda müəllim işləmək üçün 4 min manat rüşvət verdi

HADİSƏ 13.06.2024 3023

Bakıda məktəblərin birində müəllim kimi işə düzəlmək istəyən şəxs dələduzluğa məruz qalıb.

"Saat24.az"ın əldə etdiyi məlumata görə, İ.Süleymanov (ad və soyadlar şərtidir) "Gənclik Mall"da tanışı A.Əliyevlə görüşüb.

Ona Bakıda yerləşən orta məktəblərdən birində müəllim kimi işə düzəlmək istədiyini bildirib. A.Ə. onu müəllim kimi işə düzəldəcəyi barədə vəd verib və 4 min manat pul alıb, amma vədini yerinə yetirməyib.

Məsələ ilə bağlı polisə müraciət edilib və Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə istintaqı zamanı tərəflər barışıb və ziyan tam ödənilib. Buna görə də, dələduzluq etməkdə təqsirləndirilən A.Ə. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cinayət məsuliyyətindən azad edilib.

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top