Sadə xəbər
Tovuz rayonunda üzərinə benzin tökülərək yandırılan qadın ölüb.
"Saat24.az"ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədova dünən Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, 2002-ci il təvəllüdlü Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.