Xızıda oğul atasını taxta ilə vuraraq ÖLDÜRDÜ

HADİSƏ 27.03.2023 1826

Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

DİN-dən "Saat24.az"a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top