Polis tapança ilə gəzən şəxsi tutdu

HADİSƏ 21.03.2023 1698

Bakıda polis tapança ilə gəzən şəxsi tutub.

Bu barədə "Saat24.a"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top