
Dekabrın 24-ü və 25-də ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) Saat24.Az-a verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.
Rəsmi məlumata görə, nəticədə 8 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.