“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı

idman 24.04.2023 2881

“Qarabağ” Misli Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb.

"Saat24.az" xəbər verir ki, XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb.

XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top