Xulen Lopeteqi milli komandaya baş məşqçi təyin edildi

Sadə xəbər
idman 01.05.2025 3142

Xulen Lopeteqi Qətər millisinin baş məşqçisi postuna təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

58 yaşlı Xulen Lopeteqi ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Xulen Lopeteqi İspaniyanın "Sevilya", İngiltərənin "Vest Hem" və "Vulverhempton" klublarında, həmçinin İspaniya millisində baş məşqçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Qətər millisi FIFA-nın reytinq cədvəlində 55-ci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top