
"Formula-1" üzrə dördqat çempion Maks Ferstappen ata olub.
Oxu.Az xəbər verir ki, pilot bu məlumatı "Instagram" hesabında paylaşıb.
"Dünyaya xoş gəldin, balaca Lili. Ürəklərimiz heç vaxt olmadığı qədər doludur - sən bizim ən böyük hədiyyəmizsən. Səni çox sevirik", - Ferstappen yazıb. O, sevgilisi və yeni doğulmuş qızı ilə birgə şəkil paylaşıb.
Qeyd edək ki, Ferstappen 2020-ci ildən bəri "Formula-1"in üçqat çempionu Nelson Pikenin qızı Kelli Pike ilə görüşür. Ferstappendən əvvəl Kelli 2017-2019-cu illərdə rusiyalı pilot Danil Kyvat ilə görüşüb və 2019-cu ilin iyul ayında ondan Penelopa adlı qız uşağı dünyaya gətirib.

