Vətən müharibəsi şəhidinin atası vəfat edib

Sadə xəbər
HADİSƏ 20.02.2023 2931

Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Ruslan Rəcəbovun atası vəfat edib.

"Saat24.az" xəbər verir ki, şəhidin atası Rəcəb Rəcəbov Bakıda dünyasını dəyişib. Ötən gün mərhumun yas mərasimi keçirilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Ruslan Rəcəbov 2020-ci il oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

XƏBƏR LENTİ
12.05.2025 2236

DİGƏR XƏBƏRLƏR

Loading
Top