İdxal olunan mal piyində donuz DNT-si aşkarlandı

Sadə xəbər
HADİSƏ 10.04.2025 3283

İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Gourmeat" MMC-nin Rusiyadan idxal etdiyi "Bryansk Meat Company" şirkətinin istehsalı olan 21000 kq "Miratorq" əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb.

Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top