
Kürdəmir rayonunda qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.