Tunel qazaraq bankdan külli miqdarda pul apardılar - FOTO

HADİSƏ 28.12.2022 1504

Hindistanda tunel qazaraq bankdan 120 min dollar oğurlayıblar.

Oğurluq Hindistan Dövlət Bankının Bhautidəki filialında baş verib. Oğrular anbarda üç metrlik tunel qazaraq oradan qızıl və nağd pul - ümumilikdə 120 min dollar aparıblar.

Bildirilir ki, cinayətkarlar bankın girişində həyəcan siqnalını söndürərək yeganə videomüşahidə kamerasını digər istiqamətə çevirərək işə salıblar.

Müstəntiqlərin fikrincə, soyğunçulardan biri bank filialının dizaynı və arxitektura xüsusiyyətləri ilə tanış olub və bu, onun həm də bank işçisi ola biləcəyinə işarə edir. Hazırda əməkdaşların əlində konkret şübhəli şəxslərin siyahısı və istintaqı irəli aparmaq üçün ciddi sübutlar yoxdur.

 

Mənbə: Independent

XƏBƏR LENTİ
17.04.2024 3202

DİGƏR XƏBƏRLƏR

Loading
Top