Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş - YENİLƏNİB

HADİSƏ 20.12.2022 1643

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş.

Saat24.Az-ın məlumatına görə, hadisə nəticəsində 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Məlumata görə, o, DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:10

Biləsuvarda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

XƏBƏR LENTİ
01.05.2024 1898

DİGƏR XƏBƏRLƏR

Loading
Top