İki azyaşlını xilas etmək istəyərkən qır qazanında yanan Sənanın anası: “Aptekə 240 manat borcumuz var” - FOTO

HADİSƏ 20.12.2022 1410

Bakıda bir neçə ay əvvəl üzərinə qaynar qır qazanı aşan yeniyetmənin vəziyyəti ağırdır.

Bu barədə Saat24.Az-a onun anası Allahverdiyeva Gülnarə məlumat verib.

O qeyd edib ki, hadisə aprelin 23-də baş versə də, övladı hələ də bu ağır sınaqdan çıxa bilməyib.

Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan azyaşlılar qazana yaxınlaşıblar. Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 14 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri ağır şəkildə yanıb.
Sənan bədəninin müxtəlif nahiyələrindən dörd dəfə dəriköçürmə əməliyyatı keçirib. Hazırda onu uzun müalicə müddəti gözləyir.

Gülnarə Allahverdiyeva bildirib ki, övladının müalicəsini davam etdirmək üçün gücləri yoxdur:

“Sənanın müalicəsi üçün imkanımız yoxdur. Hazırda 240 manat aptekə borcumuz var. Artıq 3-4 dəfə pulu ödəyək deyə söz göndəriblər. Utanıram, yeni dərmanlarını da bu borcu ödəməmiş ala bilmirəm. 400 manat reabilitasiyası üçün pul lazımdır. Həkimin yazdığı son reseptdəki dərmanların isə qiyməti 270 manatdır. Xalqımızdan övladımın müalicəsi üçün mənə yardım etməklərini xahiş edirəm”.

Kömək etmək istəyənlər 055-727-05-48 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ailə könüllü olaraq İcbari Tibbi Sığortanın Xidmətlər Zərfindən imtina edib. 

 



XƏBƏR LENTİ
17.04.2024 3192

DİGƏR XƏBƏRLƏR

Loading
Top