Avtomobilin vurduğu qadının ayağı amputasiya edilib

Sadə xəbər
HADİSƏ 19.12.2022 1193

Bakıda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Saat24.Az xəbər verir ki, hadisə Qaradağ rayonunda olub.

62 yaşlı Durdanə İsayeva “Meyvəli bazarı”nın qarşısında, yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Qadın xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, onun sağ ayağı amputasiya edilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ
12.05.2025 2235

DİGƏR XƏBƏRLƏR

Loading
Top