Şəkidə yeddiotaqlı ev yandı

Sadə xəbər
HADİSƏ 17.12.2022 1240

Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb.

Saat24.Az-ın məlumatına görə, yanğın saat 18:40-da rayonun Baş Küngüt kəndində olub.

Hadisə kənd sakini Valeh Mövlan oğlu Rəsulova məxsus, ümumi sahəsi 315 kvadratmetr olan evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin 4 otağının yanar konstruksiyaları içərisində olan əşyaları ilə birlikdə yanıb.

Digər otaqlarda isə tavan zədələnib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı evin zirzəmisində olan 3 ədəd müxtəlif tutumlu maye qaz balonları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə daşınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
12.05.2025 2236

DİGƏR XƏBƏRLƏR

Loading
Top