
Türkiyə Superliqasında 33-cü turun qarşılaşmaları keçirilir.
Oxu.Az xəbər verir ki, çempionluğa iddialı "Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub.
Matçda hesabı ilk hissədə meydan sahibləri açsalar da, ikinci hissədə qonaqlar geridönüş etməyi bacarıblar. "Sarılacivərd"lər 5 dəqiqəyə 3 qol vuraraq oyunun axarını dəyişiblər - 1:3.
Bu nəticədən sonra Mourinyonun yetirmələri 75 xalla lider "Qalatasaray"dan cəmi 2 xal geri qalırlar, lakin "cim-bom" 1 oyun az keçirib. Qaziantep təmsilçisi isə 42 xalla yarış cədvəlində 9-cudur.