Cənubi Koreyalı futbolçu 37 yaşında vəfat edib

Sadə xəbər
idman 23.04.2025 3175

Cənubi Koreyalı futbolçu Kanq Ji Yonq 37 yaşında vəfat edib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Kanq Ji Yonqun ölüm xəbərini keçmiş futbolçu Ku Bon-Sanq sosial media hesabında paylaşıb. Ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 1989-cu ildə anadan olan Kanq Ji Yonq Cənubi Koreyanın 20 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edib. Karyerası ərzində "Busan I'Park", "Bucheon FC 1995", "Gangwon FC" və "Incheon United" kimi komandalarda çıxış edib.

Karyerasının ən uğurlu dövrünü 2014-2016-cı illər arasında oynadığı "Bucheon"da keçirib. 2015-ci ildə komandanın kapitanı olub.

2022-ci ildə futboldan ayrılan müdafiəçi karyerası ərzində yeddi qol vurub, iki məhsuldar ötürmə edib.

 





 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top