AFFA prezidenti: "Futbolçuların əsgərliklə bağlı problemləri səlahiyyətimiz çərçivəsində deyil"

Sadə xəbər
idman 11.04.2025 3300

"Ümid edirik ki, futbolçuların hərbi xidmətə göndərilməsi ilə bağlı məsələdə də müsbət nəticə əldə edərik".

Oxu.Az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf bunu mətbuat konfransında futbolçuların hərbi xidmətə göndərilməsi məsələsi ilə bağlı açıqlamasında deyib.

"Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyəti qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyəti qurumlarla əlaqəyə keçirik", - deyə R.Nəcəf qeyd edib.

Anar Həsənov

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top