Bakıda keçiriləcək Dünya Kubokunda çıxış edəcək gimnastlarımızın adları açıqlanıb

Sadə xəbər
idman 07.04.2025 3321

Aprelin 18-20-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, turnirin ev sahiblərini fərdi çıxışda Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edəcəklər.

Azərbaycanı Dünya Kubokunun qrup hərəkətlərində Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan və Dəri Sorokinadan ibarət komanda təmsil edəcək.

Qeyd edək ki, turnirdə 39 ölkənin gimnastları mübarizə aparacaqlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top