
Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən köşklərin birində quldurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, köşkdə satıcı kimi çalışan qəsəbə sakini polisə müraciət edərək iki naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək 650 manat pul vəsaitini taladığını bildirib.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Q.Qılmanov və 17 yaşlı bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.