
Azərbaycanəsilli rejissor və ssenarist Ruslan Şahmalıyev bu gün 88 yaşında Rusiyada vəfat edib.
Bu barədə Oxu.Az Rusiya Kinematoqrafçılar İttifaqının yaydığı məlumata istinadla xəbər verir.
İttifaqdan bildirilib ki, R. Şahmalıyev onlarla elmi-populyar və sənədli filmin rejissoru olub.
O, "Azərbaycanfilm" və "Azərbaycantelefilm" kinostudiyalarında kinorejissor kimi fəaliyyət göstərib.