Maliyyə nazirinə yeni müavinlər təyin edilib

Sadə xəbər
SİYASƏT 15.04.2025 3289

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

A.Kərimov maliyyə nazirinin birinci müavini təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top