Ağsuda güclü sel ekskavatoru aşırdı: Sahə rəisi öldü, xəsarət alanlar var

Sadə xəbər
CƏMİYYƏT 16.04.2025 3329
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs podratçı şirkətin sahə rəisi olub.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Aygün Mirakif

14:12

Ağsuda güclü sel ekskavatoru aşırıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Pərviz Qəni oğlu Ayətullayev həlak olub, üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top