Nazir: "Gələn il Azərbaycan-Sloveniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq"

Sadə xəbər
SİYASƏT 17.04.2025 3190

"2026-cı ildə Sloveniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Bu tarixə ikitərəfli münasibətlərdə dostluq ab-havası və qarşılıqlı hörmət prinsiplərindən yaxınlaşırıq".

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün ilk dəfə iqtisadi sahədə işçi qrupun görüşü keçirilib:

"Görüşdə Balkanlarda və Qafqazda təhlükəsizlik sahəsi ilə bağlı müzakirə apardıq, iki ölkə üçün də əhəmiyyət kəsb edən qlobal təhlükəsizlik də diqqət mərkəzində oldu. Ötən ilin statistikasına nəzər salanda görürük ki, buna qane ola bilmərik. Ötən il bizim ticarət dövriyyəmiz 30 milyon ABŞ dolları olub. Son dövrdə isə önəmli inkişaf baş verib. Ötən ilin iyul ayında SOCAR-la Sloveniyanın şirkəti arasında imzalanmış sazişi qeyd etmək istərdim. Cənub Qaz Dəhlizinin və Yaşıl Enerji məşvərət Şurasının iclaslarında iki ölkə arasında anlaşma memorandumunu qeyd etmək istərdik. Bunun nəticəsində Sloveniya da Azərbaycan qazı alanların siyahısındadır".

 



 

Daha çox foto burada: PhotoStock.az

Mərahim Nəsib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top