
Fransa polisinin elit bölməsi olan "Axtarış və müdaxilə briqadası" (BRI) tətil elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
"Biz hər şeyi qurban veririk: iş vaxtından artıq işlədiyimiz vaxtı, şəxsi həyatımızı. Amma mükafatlandırmaya gələndə bizi unudurlar", - tətilçilərdən biri bildirib.
Polis əməkdaşları bu həftə tətilə başlayıb və tələbləri yerinə yetirilənə qədər davam edəcəklərini bildiriblər. Həmkarlar ittifaqı nümayəndələrinin telekanala verdiyi məlumata görə, BRI işçiləri iş vaxtından artıq işə görə mükafatların artırılmasında israr edir, həmçinin işlərinin mürəkkəbliyi və təhlükəli olduğunun tanınmasını tələb edirlər.