Paytaxtın ən böyük prospektlərindən birində təmir işlərinə görə SIXLIQ davam edir

Sadə xəbər
CƏMİYYƏT 19.04.2025 3191

Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri davam edir.

Oxu.Az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə təmizlənmə işləri həyata keçirilir. Növbəti mərhələdə isə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.

 














 

13:30

Metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır:

"Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top