Zaqatalada doğuş zamanı körpə ölüb

Sadə xəbər
CƏMİYYƏT 20.04.2025 3219

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.

Rayonun Muxax kənd sakini 33 yaşlı Günel Kamil qızı Əliyeva bu gün səhər saat 8 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Onun ailə üzvlərinin verdiyi məlumata görə, G.Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.

Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova tərəfindən qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verilib.

Yeni doğulan körpənin ölümünün dəqiq səbəbini öyrənmək məqsədilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top