Seul ABŞ qarşısındakı tarixi borcuna görə rüsumlara müqavimət göstərməyəcək

Sadə xəbər
DÜNYA 20.04.2025 3246

"Cənubi Koreya ABŞ-nin rüsumlarını qəbul edir və onlara qarşı müqavimət göstərməyəcək".

Oxu.Az xəbər verir ki, bunu "Financial Times" nəşrinə Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Han Dok Su deyib.

O bu qərarı rəsmi Seulun Koreya müharibəsində göstərdiyi köməyə görə ABŞ qarşısında tarixi borcu ilə əlaqələndirib.

H.D.Su xatırladıb ki, dağıdıcı münaqişədən sonra Birləşmiş Ştatlar Seulu texnologiya, investisiya və təhlükəsizlik zəmanətləri ilə təmin edib, bu da respublikada əcnəbilər üçün çox rahat investisiya mühiti yaratmağa kömək edib:

"Cənubi Koreya hər iki tərəfə daha da sərf edən həlləri tapmaq üçün ABŞ ilə danışıqlara başlayacaq".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top