Mingəçevir Dövlət Rəsm Qalereyasında şəhidin Yaradıcılıq sərgisi təşkil olunub

Sadə xəbər
CƏMİYYƏT 19.04.2025 2692
 
Mingəçevir Dövlət Rəsm Qalereyasında keçirilən “ Əllərin sehri” 44 günlük Vətən müharibəsinin şəhidi Fuaq Şöhrət oğlu Xankişiyevin yaradıcılığına həsr olunub.Şəhid aprel ayının 12 də 1996-cı ildə Mingəçevir şəhərində anadan olub.O hələ sağlığında şəhidliyə can atan bir qəhrəman olub. 24 yaşlı şəhid Fuad Şöhrət oğlu Xankişiyev Daşaltı əməliyyatı döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Fuad yaxşı idmançı olmaqla yanaşı, gözəl əl qabiliyyəti ilə seçilərdi: “Həqiqi hərbi xidmətindən sonra dizayner işi üzrə çalışıb.Sanki həyatının mənasını bu sahədə tapmışdı.
Şəhidin yaradıcılığına həsr olunmuş sərgidə Mingəçevir İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev, şəhid ailələri,qazilər,ictimayyət nümayəndələri və şəhər sakinləri iştirak edib. Sərgi bir ay davam edəcək.
Qalereyanın direktoru, rəssam-heykəltaraş Böyükkişi Adilbəyli Fuadın yaradıcılığından söz açaraq onun qeyri adi bir uşaq olduğunu deyib.Onun qeyri adiliyini vurğulayaraq qeyd edib ki,o həmişə özündən yeni ideyalar kəşf edirdi:”Fuad daşlar üzərində böyük bir poema yaradırdı.O,öz yaradıcılığını binaların,evlərin,böyük imarətlərin divarlarına həkk edirdi.44 günlük Vətən müharibəsi başlayanda onu heç çağırmamışdılar. O,özü könüllü olaraq müharibəyə qatılmışdı.Fuadın qəhrəmanlığından nə qədər çox danışsaq qurtaran deyil.Bizim Azırbaycanımızın belə igid oğulları çoxdur”. 
Şəhidin yaradıçılıq açılışında çıxış edən Sahib Əliyev şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdırıb, Vətənimizin müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur deyib:” Bu şərəf və qüruru bizə yaşadan şəhidlərimizdən biri də mingəçevirli 24 yaşlı şəhid Fuad Şöhrət oğlu Xankişiyevdir. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin”.
Daha sonra Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov,qazi Aygün xanım şəhidin keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və döyüş xatirələrindən danışıblar.
Şəhidin anası Saqibət xanımın bizə verdiyi məlumata görə oğlu Fuadın bu gün 100-ə yaxın əl işləri nümayiş olunur.
Esmira Hidayətova.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top