İranda hərbiçilərlə etnik bəluclar arasında toqquşma: Dörd nəfər həlak oldu

Sadə xəbər
DÜNYA 15.04.2025 3281

İranlı hərbçilər Cənubi Xorasan vilayətinin Təbəs şəhərində dörd etnik bəlucu güllələyiblər.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Bildirilib ki, motosikletlərlə gedən etnik bəluclar pusquda olan hərbçilər tərəfindən atəşə tutulublar. Atışma nəticəsində onlar həlak olublar, bir hərbçi isə yaralanıb.

Cənubi Xorasan vilayətinin polis komandanı dövlət mediasına toqquşma faktını təsdiqləyib. O iddia edib ki, toqquşma qaçaqmalçılarla baş verib.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top