Joze Mourinyo "Fənərbağça"dan ayrılacağı təqdirdə milli komandaya başçılıq edə bilər

Sadə xəbər
idman 05.04.2025 3271
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunu tərk edə bilər.

Oxu.Az "Todofichajes"ə istinadən xəbər verir ki, Braziliya millisi 62 yaşlı mütəxəssislə maraqlanır.

Qeyd edək ki, daha əvvəl "pentakampeonlar"ın baş məşqçi postuna Karlo Ançelotti və Pep Qvardiolanın namizəd olduğu deyilirdi.

Xatırladaq ki, Mourinyo 2024-cü ilin yayından "Fənərbağça"ya rəhbərlik edir. Portuqaliyalının əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilədək rəhbərlik etdiyi "Roma" olub. Klub onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub, eyni zamanda, Avropa Liqasının finalına çıxıb edib.

Mütəxəssis əvvəllər "Benfika", "Porto", "Çelsi", "Real", "İnter", "Tottenhem" və "Mançester Yunayted"i çalışdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top