
Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Turnirdə iştirak edəcək idmançılardan bəziləri bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakıda keçiriləcək turnirdə Rafael Fiziyev və Nazim Sadıqovdan başqa, Tahir Abdullayev (17-3), Məhəmmədəli Osmanlı (9-0), Asəf Çopurov (7-0) da iştirak edəcək.
Xatırladaq ki, Tofiq Musayevin də Bakıda təşkil olunacaq UFC turnirində iştirakı yaxın günlərdə təsdiqlənəcək.