
Sabah Yevlax rayonunun 21 kəndində qaz təchizatında fasilə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax-Zaqatala xidmət sahəsində yerləşən "Xaldan" qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində, kanal üzərindən keçən diametri 219 mm olan polad boruda yaranmış sızma aradan qaldırılacaq.
Bu məqsədlə aprelin 11-də saat 10:00-dan etibarən "Xaldan" ölçü qovşağından (kollektorun çıxışından) qaz verilişi dayandırılacaq və təmir işləri başa çatanadək qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.
Qaz verilişində yaranacaq fasilə 21 kəndi və 5 791 abonenti əhatə edəcək.
11:56
Bakının Yasamal rayonunda qaz xətti zədələndiyindən, qazın təchizatında təcili dayanma olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.