"Bavariya"nın sabiq prezidenti vəfat etdi

Sadə xəbər
idman 16.03.2025 2837

"Bavariya" klubunun keçmiş prezidenti Frits Şerer Münhendə 86 yaşında vəfat edib.

Saat24.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Şerer klubun rəhbərliyində 30 ildən çox işləyib, xəzinədar (1979-1985), prezident (1985-1994) və vitse-prezident (1994-2012) vəzifələrində çalışıb.

1987-ci ildə "Bavariya" ilə 10-cu çempionluq kubokunu qazanaraq bu göstəricidə rekordçu olub.

Qeyd edək ki, "Bavariya" 33 dəfə ölkə çempionu, 20 dəfə milli kubokun, 6 dəfə isə Çempionlar Liqasının qalibi olub. Klub həmçinin 2 dəfə Klublararası Dünya Çempionatını qazanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top