"Şamaxı" dəyəri 150 min dollar olan yamaykalı hücumçunu transfer etmək istəyir

Sadə xəbər
idman 10.03.2025 2936

"Şamaxı"nın hücum xəttini gücləndirmək üçün transfer etmək istədiyi yamaykalı futbolçu Kollin Anderson klubun "Sabah"la görüşünü tribunadan izləyib.

Saat24.Az xəbər verir ki, bölgə təmsilçisi son klubu "Erbil" (İraq) olan K.Andersonla razılaşıb. Yamaykalı hücumçu tibbi müayinədən keçdikdən sonra müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayacaq.

Anderson dünən "Sabah"la Premyer Liqa matçını tribunada Leroy Mikels və Coy Lens Mikels qardaşları ilə birlikdə izləyib.

Bu mövsüm İraq çempionatında 12 oyunda üç qol vuran Kollin Yamayka millisində də iki oyuna çıxıb. "Transfermarkt"da dəyəri 150 min avro olan futbolçu bu ilin yanvarından azad agentdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top