İngiltərə Premyer Liqası: "Mançester Siti"dən darmadağın

Sadə xəbər
idman 15.02.2025 3374

İngiltərə Premyer Liqasında 25-ci turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, son çempion "Mançester Siti" öz meydanında "Nyukasl"ı qəbul edib.

Qarşılaşmanın qəhrəmanı "şəhərlilər"in yeni transferi Ömər Marmuş olub. Misirli het-trikə imza atmaqla meydan sahiblərinin qələbəsində böyük pay sahibi olub. Oyun qonaqların darmadağın edilməsi ilə yekunlaşıb - 4:0.

Bu nəticədən sonra Qvardiolanın yetirmələri yarış cədvəlində 44 xalla 4-cü pillədədir. "Nyukasl" isə ondan 3 xal geri qalmaqla 7-ci sırada qərar tutub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top