Misli Premyer Liqasının XXII turunu izləyən azarkeşlərin ümumi sayı bəlli olub

Sadə xəbər
idman 12.02.2025 2939

Misli Premyer Liqasının XXII turunda keçirilmiş oyunları stadiondan izləyən azarkeşlərin sayı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, beş matçda ümumilikdə 3 400 tamaşaçı olub.

"Şamaxı" - "Sumqayıt" matçında (1:0) 1 000, "Sabah" - "Turan Tovuz" görüşündə (2:1) 800, "Araz-Naxçıvan" - "Kəpəz" qarşılaşmasında (0:0) 200, "Zirə" - "Neftçi" oyununda (1:2) 1 000, "Qarabağ" - "Səbail" duelində (5:0) 400 tərəfdar tribunadan matçı izləyib.

Qeyd edək ki, Misli Premyer Liqasının XXIII turuna fevralın 15-də start veriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top